• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Messinin dublu “Inter Miami”yə qələbə qazandırdı - VİDEO



“İnter Mayami” səfərdə “New England”a 1:4 hesabı ilə qalib gəlib.

İlk dəqiqədə “New England” önə keçsə də, sonradan qapısında 4 top görüb.

32-ci dəqiqədə argentinalı hücumçu Lionel Messi hesabı bərabərləşdirib. İkinci hissənin ortalarında Messi ispaniyalı yarımmüdafiəçi Serxio Busketsin ötürməsi ilə dubl edib. 83-cü dəqiqədə Messinin ötürməsi ilə əvvəlcə Benxa Kremanski, daha sonra isə uruqvaylı hücumçu Luis Suares fərqlənib.

Bu qollardan sonra Messi MLS-in bombardirlər yarışına başçılıq edir.
Hazırda “İnter Mayami” 11 matçdan sonra 21 xalla MLS turnir cədvəlində birinci yerdədir. Dörd xalı olan “Nyu İnqlend Revoluşn” 28-ci sıradadır.

ƏN ÇOX OXUNANLAR

0.11548089981079