• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bill Qeyts TƏƏCCÜBLƏNDİRİR - Bu dəfə Ağcaqanad Ferması ilə



"Microsoft"un qurucusu Bill Qeytsin Ağcaqanad Ferması olduğunu bilirdinizmi?

Baki.Media Bizim.Media-ya istinadən xəbər verir ki, Kolumbiyanın Medellin şəhərində Bill Qeyts tərəfindən maliyyələşdirilən ağcaqanad fermasında hər həftə 30 milyon ağcaqanad yetişdirilərək təbiətə buraxılır.

Burada məqsəd ağcaqanadlar tərəfindən yayılan tropik xəstəliklərin qarşısının alınmasıdır.

İlk baxışdan məntiqli görünməsə də, təbiətə buraxılan erkək ağcaqanadlar "Wolbachia pipientis" adlı bakteriya ilə yoluxdurulduğu üçün onlardan törəyən ağcaqanad sürfələrinin həyat qabiliyyətli olmur və beləliklə,  ağcaqanadların çoxalmasının qarşısı alınır.
Ağcaqanadlar həyat boyu sadəcə bir çoxalma periodu yaşadığı üçün bu üsulla populyasiyanın sayı bir xeyli azaldılmış olur.

ƏN ÇOX OXUNANLAR

0.13628196716309