• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kişinin anlayışlı davranışı həyat yoldaşını məşhurlaşdırdı - FOTO/VİDEO



Manikür ustası olan həyat yoldaşına əllərində təcrübə keçməyə icazə verən kişinin görüntüləri sosial şəbəkədə rəğbətlə qarşılanıb. Bu, həm də onun həyat yoldaşının məşhurlaşmasına səbəb olub.

Bu barədə “Daily Star” xəbər verib.

Bildirilir ki, Naomi Mari adlı qadın müştəri bazasını genişləndirmək üçün bir çox platformada işlərini nümayiş etdirir.

“O, mənim böyük dəstəyimdir. Təcrübə edəcək modelimin olmadığını bilir, buna görə öz üzərində məşq etməyimə icazə verir”, - deyə qadın sosial şəbəkədə əri haqqında yazıb.

İstifadəçilər kişinin bu anlayışlı davranışından heyranlıqlarını bildiriblər.

Hazırda Naomi Marinin “Twitter” və “Instagram” hesablarının hər birində təxminən 40 min abunəçisi var. Qadın, hər biri minlərlə bəyənmə qazanan fərqli dizaynlı manikür şəkillərini paylaşmağa davam edir.

ƏN ÇOX OXUNANLAR

0.075424909591675