• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda VAR sistemi nə vaxtdan tətbiq olunacaq? - RƏSMİ



“Pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər”.

Baki.Media xəbər verir ki, bununla bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov danışıb. 

O bildirib ki, VAR sisteminin tətbiqi ilə bağlı tender məsələləri öz həllini tapıb:

“VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.

Elxan Məmmədov qeyd edib ki, Azərbaycanda VAR sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: 

“Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər”.

ƏN ÇOX OXUNANLAR

  • 101
Putin Çinə gedir
0.082711935043335