• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yaponiya sahillərində saya oturmuş gəmi iki yerə bölündü – FOTO/VİDEO



Panama bayrağı altında hərəkət edən yük gəmisi Aomori (Yaponiya) prefekturasının şimalında Hatinohe limanı yaxınlığında saya oturub. Nəticədə gəminin gövdəsində dərin bir çat meydana gəlib və ikiyə bölünüb.

Bu barədə NHK telekanalı xəbər verir.

Hadisə zamanı, təxminən 40 min ton həcmli CRIMSONPOLARIS gəmisində Çin və Filippin vətəndaşları olan 21 heyət üzvü olub. Onların hamısı xilas edilib.

Hazırda mütəxəssislər gəminin qəza yerində batma ehtimalını müəyyənləşdirirlər.

Bundan əlavə, axan yanacağın yayılmasının qarşısını almaq üçün işlər də başlayıb.

ƏN ÇOX OXUNANLAR

0.35445213317871