• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiya XİN-in xüsusi nümayəndəsi Bakıya gələcək



Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev yaxın vaxtlarda Bakıya səfərə gələcək.

Baki.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinqdə məlumat verib.

“Həqiqətən də, növbədə İqor Xovayevin Bakıya səfəridir”, - Neçaev müvafiq sualı cavablandırarkən bildirib.

O xatırladıb ki, noyabrın 14-də xüsusi nümayəndənin Ermənistana planlaşdırılmış səfəri baş tutub. Diplomatın sözlərinə görə, Xovayev oktyabrın 31-də Soçidə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlarda əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı erməni tərəfdaşları ilə faydalı müzakirələr aparıb.

ƏN ÇOX OXUNANLAR

0.12123417854309