• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Neft qiymətləri 2 ölkə ilə bağlı sabit qaldı



COVID-19 məhdudiyyətlərinin sərtləşdirilməsi fonunda Çində yanacağa tələbatın azalması gözləntiləri və bunun ABŞ-ın azalan xam neft ehtiyatlarını kompensasiya edəcəyi fikirləri neft qiymətlərini sabit saxlayıb.

Baki.Media xəbər verir ki, "Brent" markalı neft fyuçersləri 0,15 dollar və ya 0,2% ucuzlaşaraq bir bareli 88,21 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin fyuçersləri isə 0,9 dollar və ya 0,1% azalaraq 1 bareli 80,86 dollara enib.

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Əlcəzairin Səudiyyə Ərəbistanının energetika nazirinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və müttəfiqlərinin neft tədarükünün artırılmasını nəzərdən keçirmədiyinə dair şərhini təsdiqləməsi çərşənbə axşamı hər iki neft müqaviləsinin dəyərini təqribən 1% artırmışdı.

Qeyd edək ki, OPEC+ hasilatı nəzərdən keçirmək üçün dekabrın 4-də növbəti iclasını keçirəcək.

Könül
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.11021685600281