• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayır - FOTO



BƏƏ-yə məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti bu gün Abu-Dabi – Bakı – Abu-Dabi istiqamətində aviareyslərə başlayır.

Baki.Media xəbər verir ki, aviaşirkət bu gün Bakıya ilk aviareysini həyata keçirəcək.

Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq.

Biletlər “wizzair.com” saytında və aviaşirkətin mobil tətbiqetməsində satılır.

Bakıya uçuşlar həftənin iki günü – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Xatırladaq ki, “Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir dörd “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.

FOTO: Ramil Yunus

ƏN ÇOX OXUNANLAR

0.083160877227783