• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Messisiz “Barselona” La Liqaya qələbə ilə başladı - VİDEO



“Barselona” İspaniya La Liqasının yeni mövsümündə ilk matçına çıxıb.

Baki.Media xəbər verir ki, Lionel Messinin klubdan ayrılmasından sonra ilk matçına çıxan kataloniyalılar “Nou Kamp”da “Real Sosyedad”la üz-üzə gəliblər.

Ümumilikdə altı qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbə qazanıblar – 4:2.

Danimarkalı Bretvaytın dubl etdiyi görüşdə Pike və Serxi Roberto hərəyə bir dəfə fərqləniblər. “Real Sosyedad”ın heyətində isə Lobete və Oyarzabal rəqibi qapısını dəqiq nişan alıb.

Oyundan görüntüləri təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.075706005096436