• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Doqquz “qiyamçı” ECA-ya üzv qəbul edildi - FOTO



Avropa Super Liqası yaratmağa cəhd edən klublardan doqquzu Avropa Klublar Assosiasiyasının (ECA) tərkibinə yenidən qayıdıb.

Baki.Media xəbər verir ki, bunlar “Milan”, “İnter” (hər ikisi İtaliya), “Atletiko” (İspaniya), “Arsenal”, “Çelsi”, “Liverpul”, “Totenhem”, Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) klublarıdır.

Onlar bu ilin aprelində Super Liqa yaratmaq üçün ECA üzvlüyündən çıxsalar da, dörd aydan sonra geri qayıtmaq barədə müraciət ediblər. 

Klubların Avropa Super Liqasının geniş ictimaiyyət tərəfindən maraq doğurmaması ilə bağlı etirafları və bu layihədən tamamilə imtinası ECA-nın İdarə Heyətinin onları geri qəbul etməsi ilə nəticələnib. Beləliklə, bu doqquz klubun 2019-2023-cü illər üçün nəzərdə tutulmuş dörd illik üzvlüyü yenidən bərpa olunub.

Superliqanın təşəbbüskarlarından olan “Real”, “Barselona” (hər ikisi İspaniya) və “Yuventus” (İtaliya) isə hələlik assosiasiyaya qayıtmaq barədə müraciət etməyib.

ƏN ÇOX OXUNANLAR

0.091951131820679