• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Koronavirus pasportuna etiraz edən insanlar Paris küçələrinə axışdılar - VİDEO



Fransanın bir çox ərazisində koronavirus pasportuna qarşı başlanan etirazlar yenidən alovlanıb.

“Sabah” xəbər verir ki, paytaxt Parisdə etirazçılar küçələrə axışıb. Onlar “insan hüquqlarının pozulmasını” əsas gətirərək koronavirus pasportu tələbinə etrazlarını bildiriblər.

Qeyd edək ki, ölkədə bir neçə həftə əvvəl də etirazlar baş qaldırmışdı. İyul ayında Fransa Parlamentində təsdiq olunan koronavirusa qarşı mübarizə qanunu çərçivəsində bəzi ixtisas sahiblərinə peyvənd məcburiyyəti tətbiq edilib. Eyni zamanda müəyyən tədbirlərə, məkanlara girişdə peyvənd pasportu və ya neqativ PCR test nəticəsi tələb olunur.

Həmçinin sahibkarlara peyvənd vurdurmağı rədd edən işçilərin maaşlarını kəsmək icazəsi verilib.

ƏN ÇOX OXUNANLAR

0.19977116584778