• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda “pub”da KÜTLƏVİ DAVA: Saxlanılan şəxslər polisə müqavimət GÖSTƏRİBLƏR – VİDEO



Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.

İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyini gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da baş verən kütləvi dava ilə bağlı açıqlama verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov  bildirib ki, hadisə ilə bağlı saxlanılan şəxslər ərazi üzrə Polis Bölməsinə aparılıblar:

“Araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı toplanan materiallara hüquqi qiymətin verilməsi üçün iş məhkəməyə göndəriləcək”.

Hadisə zamanı hər üç şəxs sərxoş olub və dalaşıblar. Əraziyə polis cəlb edilib. Bu zaman onlar polisə müqavimət göstəriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.19078898429871