• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qaxda avtomobil beton maneəyə ÇIRPILIB, xəsarət alanlar VAR



Qax rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax-Zaqatala yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Qax rayon Turaclı kənd sakininin idarə etdiyi 10-BZ-075 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılmış beton maneəyə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

0.077841997146606