• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Təhlükəli manevr edən maşının ardınca söyüb QƏTL TÖRƏDİB



Gəncə Ağır Cinayətlər Məhkəməsində bu il aprelin 8-də Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində qətl törədən 37 yaşlı Rasim Bağırova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Şəmkir sakini Samir Abdullayevlə mübahisə edərək onu qətlə yetirən R.Bağırov Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, Samir Abdullayev özünə məxsus yük maşınları ilə Şəmkirdən kənd təsərrüfatı məhsullarını Rusiyaya aparmaqla məşğul olub. Hadisə baş verən gün o, dostları ilə birgə restoranda yeyib-içib və qohumuna məxsus VAZ-2106 markalı avtomobillə Qədimqala kəndi istiqamətinə hərəkət edib. Onlar magistral yoldan kəndə dönərkən avtomobili idarə edən İsmət adlı sürücü qarşıdan gedən “Howo” markalı yük maşınını soldan ötərək qarşısına keçib və sağa-kəndə dönüb.

Təhlükəli qəza şəraiti yaratdığından yük maşınının sürücüsü Rasim Bağırov maşının pəncərəsindən əlini çıxararaq qışqırıb. O, avtomobili yolun kənarına çəkərək təhlükəli manevr edən avtomobilin arxasınca söyüş söyüb. Bunu görən Samir Abdullayev İsmətdən maşını saxlamasını tələb edib. İsmət isə həmin sürücünün haqlı olduğunu, həqiqətən də təhlükəli manevr etdiklərini deyərək avtomobili saxlamaq istəməyib. Lakin sərxoş halda olan Samir hərəkət edən avtomobilin qapısını açaraq özünü aşağı atıb və yol kənarında dayanıb onlara tərəf səslənən Rasimə tərəf qaçıb. Bu zaman o, yük maşınının sürücüsünün ünvanına ağır söyüşlər söyüb və münaqişə daha da qızışıb. Rasim Bağırov yük maşınının kabinəsinə gedərək bıçağı götürüb və Samiri bıçaqlayaraq onu qətlə yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Bağırova 17 il həbs cəzası verilib.

ƏN ÇOX OXUNANLAR

0.087809085845947