• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycana daha çox ərəblərin gəlməsi üçün bu addımlar atılacaq



Bu gün Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) ilə Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Baki.Media ATB-yə istinadən xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Florian Zenqstşmid və “Flynas”ın beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi imzalayıb.

Memorandum qarşılıqlı təcrübə mübadiləsi, hər iki ölkə arasında turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanmasını ehtiva edir.

F.Zenqstşmid müxtəlif turist təcrübələri, sadələşdirilmiş elektron viza prosesi və birbaşa uçuşlarla daha çox Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana cəlb edilməsinin hədəfləndiyini qeyd edib. O bildirib ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 93 611 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 dəfə artım deməkdir. Həmçinin bu rəqəm pandemiyadan sonrakı dövrdə bərpanın 91%-ni təşkil edir.

A.Aleidi isə təmsil etdiyi şirkətin 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanından Azərbaycana uçuşlar həyata keçirən ilk hava yolları şirkəti olduğunu və imzalanan memorandumun Azərbaycana ediləcək səfərlərə öz müsbət töhfələrini verəcəyini qeyd edib.

ƏN ÇOX OXUNANLAR

0.10092401504517