• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Britaniyanın Bakıdakı keçmiş səfiri Əfqanıstanda cəsarəti ilə qəhrəman oldu



Böyük Britaniyanın Əfqanıstandakı səfiri Lori Bristou ölkəsində artıq qəhrəman kimi tanınır.

Bu barədə “Daily Mail” yazıb.

Belə ki, britaniyalı diplomat “Taliban” terror təşkilatının Kabili ələ keçirməsindən sonra Əfqanıstandan çıxmalı olsa da, bu addımı atmayıb. Lori Bristou Kabil hava limanına köçürülən səfirlikdə qalıb və səfirlik əməkdaşlarının təxliyəsinə şəxsən nəzarət edib.

Britaniyalının bu cür cəsarətli addım atması sosial şəbəkələrdə təqdir olunub. Bir çox istifadəçi Lori Bristounun qəhrəmanlıq nümayiş etdirdiyini bildirib.

Qeyd edək ki, Lori Bristou 2004-2007-ci illərdə Böyük Britaniyanın Azərbaycandakı səfiri olub.

ƏN ÇOX OXUNANLAR

0.51849317550659