• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ-da peyvəndin gücləndirici dozası vurulacaq



ABŞ rəhbərliyi iki doza peyvənddən səkkiz ay sonra amerikalılara koronavirus peyvəndinin üçüncü, gücləndirici dozasını tövsiyə etməyi planlaşdırır.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

“Pfizer” və “Moderna” ilə peyvənd edilən ABŞ sakinlərindən infeksiyanın “Delta” variantına qarşı qorunmaq üçün üçüncü dozanı qəbul etmələri istəniləcək.

Səlahiyyətlilər ilk növbədə səhiyyə işçilərinə və qocalar evlərinin sakinlərinə üçüncü peyvənd dozasının tətbiq edilməsini tövsiyə edəcəklər.

Gücləndirici dozaların vurulmasına sentyabrın ortalarından başlanılacağı gözlənilir.

ƏN ÇOX OXUNANLAR

0.089337825775146