• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əfqanıstan prezidenti BƏƏ-də xəstəxanaya yerləşdirilib



Əfqanıstan prezidenti Əşrəf Qaninin hansı ölkəyə pənah apardığı bəlli olub.

“Reuters” xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əfqanıstanı tərk edən dövlət başçısı və onun ailə üzvlərinə sığınacaq verib.

Bu barədə əmirliyin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Həmçinin, Qaninin səhhətinin pisləşdiyi və onun xəstəxanaya yatırıldığı bildirilib.

Qeyd edək ki, prezident Əşrəf Qani avqustun 15-də “Taliban” üzvlərinin Kabilə daxil olmasından bir neçə saat əvvəl Əfqanıstanı tərk edib.

ƏN ÇOX OXUNANLAR

0.10051393508911