• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Son Paleolit ​​dövründən qalma ilk yazı



London Universiteti və Durham Universitetinin alimləri 37-42 min il əvvəl son Paleolit ​​dövrünün qədim insanlarının düzəltdikləri mağara izlərini tədqiq ediblər.

Publika.az xəbər verir ki, "Cambridge Archaeological Journal"da dərc edilən araşdırmaya görə, mağara rəsmləri proto-yazı və ay təqviminin ilk istifadəsini təmsil edir.

Tədqiqatçılar qayaüstü rəsmləri təhlil edərək belə qənaətə gəliblər ki, çox vaxt heyvan təsvirləri ilə birlikdə rast gəlinən düz xətlər və nöqtələr ayları təmsil edir və yazdan başlayaraq illik mövsümi dəyişiklikləri əks etdirən fenoloji təqvim təşkil olunur. Bu təqvim ayın fazalarının dövrünə, yəni qəməri (sinodik) aylara əsaslanır.

Paleolit ​​qeyri-obrazlı (mücərrəd) sənətdə ən çox rast gəlinən işarələrdən biri olan Y simvolunun “doğum” mənasını verdiyini də alimlər sübut etmişlər. Ay təqvimində Y ovçular üçün potensial yırtıcı olan müxtəlif heyvanlar üçün çoxalma mövsümlərinin başlanğıcını qeyd edir.

Müəlliflərin fikrincə, elmi işin nəticələri ilk dəfə olaraq Homo sapiens tarixində məlum olan ilk yazı nümunələrini oxumağa imkan verir.

ƏN ÇOX OXUNANLAR

0.086184024810791