• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İngiltərə klubu türk futbolçunun transferini açıqladı - FOTO + YENİLƏNİB



İngiltərənin “Votford” klubu Ozan Tufanın transferini açıqlayıb.

Baki.Media xəbər verir ki, futbolçu cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

13:40

Türkiyə millisinin və “Fənərbağça” klubunun futbolçusu Ozan Tufan İngiltərə Premyer Liqasında oynayacaq.

Baki.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Ze Atletik” nəşrinin jurnalisti Adam Levental öz “Twitter” hesabında bildirib.

Onun paylaşımına görə, “Fənərbağça” və İngiltərə Premyer Liqasının debütantı “Votford” klubu futbolçunun icarəsi barədə razılığa gəlib. Futbolçu hələ ki Böyük Britaniyaya gəlməyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında Türkiyə millisinin digər futbolçusu Çağlar Söyüncü də çıxış edir. O, “Lester Siti”nin şərəfini qoruyur .

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.67872786521912