• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qəribə əyləncəsi, çılpaqlığı ilə tanınan Las-Veqas - Blogerin 21+ təəssüratları



Azərbaycanlı tanınmış texnobloger Fərid Pərdəşünas ABŞ-ın Neveda ştatının Las-Veqas şəhərində keçirilən CES texnologiya şousuna qatılıb.

Baki.Media xəbər verir ki, o, şəhərdəki müşahidələrini izləyiciləri ilə bölüşüb. Texnobloger bildirib ki, şəhərdə hər şey insanları qumarxanalara cəzb edəcək şəkildə tənzimlənib:

“Las-Veqasın yerləşdiyi Nevadada ştatında qumar, marixuana, eskort kimi bir çox məsələlər leqaldır. Las-Veqasın mərkəzi böyük hotel şəbəkələrindən ibarətdir. Bu şəhərə gələnlərin yalnız bir məqsədi olur: qumar və əyləncə. Bütün hotellərin lobbi hissəsi böyük qumarxanalardan ibarətdir. Bu qumarxanadan keçməmiş, nə tədbir zalına, nə də resepşına gedə bilmərsən. Əsas məqsəd səni ora çəkməkdir.

Qumar zalları qaranlıq və pəncərəsiz olur. Məqsəd çöldə olan zamanın necə keçdiyini anlamamaqdır. Eyni zamanda qumarxanalarda saat tapılmır. Veqas kazinolarında sadə bir qanun çalışır. Əgər sən oyun üçün oturmusansa, bütün spritli içkilər sənin üçün pulsuzdur. Servis düyməsini bas və cazibədar xanım onu sənə gətirəcək. Burada hotellərdə gecələmək də elə bahalı deyil. Günü 70 dollara hətta bəzən pulsuz belə yer tapa bilərsən. Əsas məsələ kazinoda keçən zamandır. Kazino masalarının divanı olduqca rahat olur. Bu sənin rahat olmağın üçündür. Spirtli içkilərin pulsuz olma səbəbi də budur. Sən nə qədər sərxoş olsan, o qədər pul risk edəcəksən. İçkini gətirən qızlar cazibədar geyimdə olur ki (bəzən heç o da olmur), sən onları görə bilmək üçün tez-tez içki sifariş edəsən. Burada ağıllı adamlar qumar oynayan zaman içmir.

Qumarxana daxilində çölə siqaret üçün çıxmayasan deyə, külqabı düz yanında olur. Ümumiyyətlə, ayağa qalxmamağın üçün hər şey edirlər. Hətta bəzən siqaret kağızı daxilində bükülən tütün olmaya da bilir. Buna görə səni heç kim narahat etməz. 

Eskort reklamları küçədə çox asan qarşılaşa biləcəyiniz bir reklam növüdür. Amma nəzərə almaq lazımdır ki, Nevada qanunları çərçivəsində Las-Veqasda seks işçisi olmaq qadağandır. Eskort xidməti sifariş eləməklə siz bir xanımla otaqda ancaq film seyr edə, yaxud axşam partiyə gedə bilərsiniz. Erotik axşam şouları isə Veqasda ən çox bilet satan tamaşa növündəndir”. 

F.Pərdəşünasın sözlərinə görə, masa üzərində şou göstərən xanımlardan, küçədə bədənlərini nümayiş etdirən bəylərə qədər burada hər kəsin məqsədi sizdən pul almaqdır:

“Bu şəhər əyləncə üçündür, amma buna bir az çirkli əyləncə deyə bilərik. Qiymətlər olduqca bahadır. Kənardan maraqlı, qeyri-adi dünya kimi görünsə də, dərinliyinə gedəndə heç də səmimi olmadığı görünür. Bu şəhər varlı insanlar tərəfindən daha çox qazansınlar deyə yaradılıb. Bu şəhərdə hisslər üzərindən yox, pul üzərindən münasibətlər qurulur. Təbii, bu Vegasın hər bölgəsinə aid deyil. Las-Veqasda qalanlar heç ildə bir dəfə bu mərkəzə gəlmirlər. Küçədə amerikan ilə rastlaşmaq çətindir. Bura turizm şəhəridir. Buranı “Sin City” (günah şəhəri) adlandırırlar. Elə bunlara görə deyirlər ki, Veqasda olanlar Veqasda qalır”, - deyə o qeyd edib.

Baki.Media

 

ƏN ÇOX OXUNANLAR

0.090084075927734