• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Arsenal” “Real”dan futbolçu transfer etdi - FOTO



İngiltərənin “Arsenal” klubu yay fasiləsində üçüncü transferini həyata keçirib.

Baki.Media xəbər verir ki, London klubu ötən mövsüm “topçular”ın heyətində icarə əsasında çıxış etmiş norveçli mərkəz yarımmüdafiəçisi Martin Ödeqoru Madrid “Real”ın tam əsasda transfer edib.

Transfer 35 milyon avroya başa gəlib. 22 yaşlı futbolçu ilə dörd illik müqavilə bağlanılıb. Ötən mövsüm İngiltərə Premyer Liqasında 14 oyuna bir qol vurmuş futbolçunun müqaviləsində daha bir il anlaşmanı uzatmağa dair bənd var.

Həmçinin “Şefild Yunayted”dən qapıçı Aaron Ramsdeylin transferinin də bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Arsenal” daha əvvəl “Benfika”dan Kabo Verde mənşəli portuqaliyalı sol cinah müdafiəçisi Nunu Tavaresi, “Anderlext”dən Konqo əsilli belçikalı yarımmüdafiəçi Albert Sambi Lokonqanı transfer edib.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.089030981063843