• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dünya çempionatı: İki güləşçimiz yarımfinalda



Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Baki.Media xəbər verir ki, altıncı yarış günündə daha dörd yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Onlardan ikisi – Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) yarımfinala yüksələ bilib.

Nihat Məmmədli 1/8 finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib – 9:0. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan (8:0) Məmmədli adını yarımfinala yazdırıb.

Həsrət Cəfərov da dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə (10:0) məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb – 12:3. O, 1/4 finalda Rusiya güləşçisinə də 3:2 qalib gəlməklə yarımfinala vəsiqə qazanıb.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.48590898513794