• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanı MDB Oyunlarında atası ingilis olan qız idmançı təmsil edəcək



I MDB Oyunlarının proqramında yer alan muay tay (Tailand boksu) idman növündə Azərbaycanı qız atlet Leyanna Mari Sayer təmsil edəcək.

Ad-soyad əcnəbi olduğundan, ilk baxışdan düşünmək olar ki, o, əcnəbidir və digər idman növlərində olduğu kimi milliləşdirilib. Lakin Baki.Media-ın əldə etdiyi məlumata görə, Leyanna əcnəbi sayılmır.

Bu yeniyetmə idmançı Bakıda yaşayır. Onun atası ingilis, anası isə azərbaycanlıdır. Valideynlər boşandıqlarından, Leyanna hazırda anası ilə Bakıda qalır.

Qeyd edək ki, 14-23 yaşlı idmançıların yarışacağı, 4-11 sentyabr tarixlərində Kazanda keçiriləcək I MDB Oyunlarında Azərbaycan muay tayda altı idmançı ilə təmsil olunacaq. Ölkəmiz adından bu yarışda Leyanna Mari Sayerdən başqa, Musa Nuruzadə, Əli Əliyev, Məhər Əsədzadə, Rəvan Ağazadə və Məmməd Əmrəliyev mübarizə aparacaq.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.076743841171265