- 2
ENDİRİLİR
ENDİRİLİR
Futbol üzrə Fransa çempionatında keçirilən “Nitsa”-“Marsel” görüşü yarımçıq saxlanılıb.
“France24” xəbər verir ki, oyunun ikinci hissəsində hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən “Nitsa”nın azarkeşləri meydana plastik qablar atmağa başlayıb.
Öz növbəsində “Marsel”in 34 yaşlı yarımmüdafiəçisi Dimitri Payet butulkanı tribunaya geri atıb və bundan sonra azarkeşlər meydançaya giriblər və rəqib komandanın oyunçularına xəsarət yetiriblər.
Hakim oyunu dayandırıb. Bir müddət sonra “Nitsa”nın oyunçuları meydançaya qayıtsa da, “Marsel” oyuna davam etdirməkdən imtina edib.
Qeyd olunur ki, baş verən hadisələrdən sonra meydan sahiblərini texniki məğlubiyyət gözləyir.
#Nice fan throw bottles at #Payet, who throws bottles back at Nice fans & they lose their mind. Maybe don’t throw bottles in the first place & then double down on your stupidity by storming the pitch. Congrats, @ogcnice_eng @ogcnice on being an a huge embarrassment to the game https://t.co/7pYALzwowq
— ???? (@GFT_Brent) August 23, 2021
???? Trois joueurs de l'OM blessés pendant les échauffourées ► https://t.co/rkbQXm1rAM pic.twitter.com/dGtB7D25ca
— RMC Sport (@RMCsport) August 22, 2021