• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Üç uşaq idmançımız Avropa çempionatında iştirak edəcək - FOTO



Estoniyanın paytaxtı Tallində uşaqlar (kiçik yeniyetmələr) arasında Avropa çempionatında üç idmançımız iştirak edəcək.

Baki.Media-ın xəbərinə görə, onlardan Sabir Məmmədli (-27 kq) və Çoşqun Məmmədzadə (-30 kq) “Ümid” taekvondo klubunu, Çingiz Həsənov (-36 kq) isə “Əli-Mehdi” klubunu təmsil edəcək.

Hər üç idmançı baş məşqçi İlkin Şahbazovun rəhbərliyi ilə yarışa qatılıb.

Qeyd edək ki, yarış 25-27 avqust tarixlərində keçiriləcək. Ümumilikdə isə 21 yaşadək, yeniyetmə və uşaqların Avropa çempionatı və Tallin Open turniri 24-29 avqust tarixlərini əhatə edəcək.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.083376169204712