• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

MDB ölkələrinin iştirakı ilə “GLA Baku Summer Cup 2021” adlı turnir keçiriləcək



“Gaming League Azerbaijan” və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Valorant oyunu üzrə beynəlxalq onlayn turnir keçiriləcək. “GLA Baku Summer Cup 2021” adlı yarışda MDB məkanından ümumilikdə 8 klub təmsil olunacaq.

ВоЗ sistemiylə baş tutacaq turnirdə GMT, “Axsor”, “Aim.Attack”, “Singularity”, “tyeasy”, “EZKatka”, “Moscow Five jr” və “Smarics Esports” komandaları mübarizə aparacaq. 

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov yarışın əhəmiyyəti barədə məlumat verib: “MDB ölkələrinin iştirakı ilə baş tutacaq turnirdə ən güclü qeymerlərin mübarizəsini izləmək imkanımız olacaq. Son illər kiberidman Azərbaycanda böyük populyarlıq qazanır. Məhz buna görə biz əhatə dairəmizi genişləndiririk. Artıq beynəlxalq onlayn turnirlərimiz ənənə xarakteri daşıyır. Belə yarışlar kiberidmanı təbliğ etməklə yanaşı həm də oyunçularımıza böyük təcrübə qazandırır”.

Yarışın ümumi mükafat fondu 5000 ABŞ dolları təşkil edir. “GLA Baku Summer Cup 2021” avqustun 24-31-i aralığından keçiriləcək. Oyunları Bakı vaxtı ilə saat 19:00 və 21:00-da başlayacaq.

ƏN ÇOX OXUNANLAR

0.460294008255