• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanlı idmançı qonaq getdiyi yerdə mikroavtobusla vuruldu - TƏFƏRRÜAT



Dünən Zərdabda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası olub. Rüfət Zaur oğlu Məmmədov adlı yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Baki.Media məsələ ilə bağlı müəyyən məlumatlar əldə edib.

Rüfət Məmmədov 17-18 yaşlarında olub. Əvvəllər Zərdab rayonunda yaşayan ailə üç il olar ki, Mingəçevir şəhərinə köçübmüş.

O, Zərdaba nənəsigilə gəlib. Velosipedlə yola çıxıb. Həmin vaxt Ağcabədi istiqamətində işləyən marşrut mikroavtobus onu vurub. Yeniyetmə yerindəcə keçinib.

Qeyd edək ki, Rüfət Məmmədov həm də uşaq vaxtı idmanın cüdo növü ilə məşğul olub. Zona yarışında beşinci olmuş R.Məmmədov 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş açıq İmişli rayon birinciliyində medal qazanıb.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.088405847549438