• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa çempionatı: Millimizin meydan sahibləri ilə görüşdə son şansı



Qadın voleybolçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığması bu gün növbəti matçını keçirəcək.

Baki.Media xəbər verir ki, Vüqar Əliyevin yetirmələri oyunları Serbiyada təşkil olunan A qrupunun IV turunda meydan sahibləri ilə görüşəcək. Çempionatın favoriti olan Serbiya millisi ardıcıl üç qələbə ilə artıq adını növbəti mərhələyə yazdırıb.

İlk üç oyunda bir set belə qazanmayan və autsayder olan yığmamız isə qrupda qalmamaq üçün ən azı xal qazanmalıdır. Təbii ki, günün ilk matçında Bosniya və Herseqovina xal qazansa, yığmamıza tək xal yox, qələbə də zəruri olacaq.

Millimizin Serbiya ilə görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız ilk üç turda Belçika, Bosniya və Herseqovina və Rusiya millilərinə 0:3 hesabı ilə uduzub.

ƏN ÇOX OXUNANLAR

0.081264972686768