• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan idmançıları Tokio Paralimpiya Oyunlarının açılış mərasiminə Xarı bülbül simvolu ilə çıxdı - FOTO



Tokio Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub.

Baki.Media xəbər verir ki, paradda Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 13 idmançı, nümayəndə heyətinin yeddi üzvü olmaqla 20 nəfər iştirak edib.

Ölkəmizin heyəti parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş Xarı bülbül ilə çıxıblar.

Azərbaycan Milli Paralimpiya komandası Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi altı idman növündə 46 kateqoriyada rekord sayda - 35 idmançı ilə təmsil edəcək.

Yarışlara komandamızdan ilk olaraq pauerliftinq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov 26 avqust tarixində qoşulacaq.

ƏN ÇOX OXUNANLAR

0.59133195877075