• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dövlət İmtahan Mərkəzi bu vəzifəyə işçi axtarır



Dövlət İmtahan Mərkəzi (DİM) İmtahanların təşkili və idarəedilməsi departamentində baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Mərkəzdən Baki.Media -a verilən məlumata görə, iş üçün müraciət edənlərin ali təhsili, vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı, ingilis dili - B2, rus dili – B2. səviyyəsində olmalıdır.

Qulluq funksiyaları imtahanlarla əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi, regional bölmələrlə işin təşkili, təli­matların, yaddaş kitabçalarının və s. metodik və­saitlərin layihələrinin hazırlanması, imtahanın keçi­rilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanması, prosesə cəlb edilməsi və təlimlərin təş­kili və keçirilməsi), onlar haqqında məlumat bazasının yara­dılması, əlaqələndiricilərlə işin təşkili, sağlamlıq imkanları məhdud iştirakçıların fərdi nəzarətçiləri ilə işin aparılması və s. ibarət olacaq.

Dövlət qulluğuna dair sertifikatı olan namizədlərə üstünlük veriləcək.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsində baş məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 10 mart 2023-cü il tarixindən 25 mart 2023-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Daha ətraflı buradan tanış ola bilərsiniz.

 

ƏN ÇOX OXUNANLAR

0.095048904418945