• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Qobu Park-2” sakinləri təhlükə ilə üz-üzə: “Binanın arxa tərəfində torpaq sürüşməsi baş verir” - VİDEO



Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində 22 saylı binanın sakinləri təhlükə ilə üz-üzədirlər.

Bu barədə oxu.az-a həmin binanın sakinləri məlumat veriblər.

Bildirilib ki, binanın arxa tərəfində torpaq sürüşür:

“Binanın arxa tərəfində torpaq sürüşməsi baş verir. Lakin heç bir aidiyyəti qurum maraqlanmır”.

Məsələ ilə bağlı “Qobu Park-2” yaşayış kompleksinin tikintisini həyata keçirən podratçı şirkət - “Kristal Abşeron”la əlaqə saxlayıb. “Kristal Abşeron”dan verilən məlumata görə, sürüşmənin yaşayış kompleksinə aidiyyəti yoxdur:

“Sürüşmə yolun digər tərəfindədir. Sürüşmənin “Qobu Park-2”yə, ümumiyyətlə, bizə aidiyyəti yoxdur”.

Fövqəladə Hallar Nazirliyindən  verilən açıqlamaya görə, istismarda olan bina kimi balanssaxlayıcıya təhvil verilib:

“İstismarda olan binadır. O, artıq balanssaxlayıcıya təhvil verilib. Orada hər hansı bir hadisə baş versə, əgər sürüşmə, çat varsa, balanssaxlayıcıya müraciət edib, mütəxəssisləri dəvət etməlidirlər. Bina istismara təhvil verilib. Orada baş verəcək hallara balanssaxlayıcı cavabdehdir. Bizi onlar dəvət edir. Binanın dayanıqlığını və ya texniki vəziyyətini yoxlamaq üçün. Bu məsələ ilə biz özbaşına məşğul ola bilmərik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindənbildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Əlavə məlumat veriləcək”.

Məsələ ilə bağlı Qaradağ Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, alınmayıb.

Nəzrin Vahid

ƏN ÇOX OXUNANLAR

0.12251782417297