• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda yaşayış binasında yanğın olub



Bakının Yasamal rayonunda yanğın hadisəsi olub.

APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi prospektində yerləşən yaşayış binasında verib.

Yanğın beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzildə olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb edilib.

Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.

Bakının Yasamal rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 44 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb, yüksək temperaturdan mebel qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ƏN ÇOX OXUNANLAR

0.080084800720215