• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bibisi qızı ilə nəvəsini öldürüb evi partlatdı - Bakıdakı qətlin təfərrüatı - FOTO



Bakıda bibisi qızı və onun qızını qətlə yetirməkdə təqsirli bilinən Şahin Hüseynovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Baki.Media xəbər verir ki, hadisə rayonun Puta qəsəbəsində baş verib. Yüxarı Puta küçəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Qətibə Məmmədquliyeva və qızı Leylanın meyiti tapılıb. 

Araşdırmalar zamanı məlum olub ki, yanğın kənardan gətirilmiş alışdırıcı vasitə nəticəsində baş verib və hər iki meyitin üzrənidə zolakılıq əlamətləri aşkar edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübəhli bilnən məhrumların qohumu Şahin Hüseynov saxlanılıb və o, cinayəti törətdiyini etiraf edib.

İş üzrə dindirilmiş Şahin Hüseynov bildirib ki, dekabrın 22-si səhər saat 4:00 radələrində bibisi qızı Qətibə Məmmədquliyeva və onun qızı Leylanı öldürmək məqsədi ilə onlara gəlib. 

Qətibənin evinə az qalmış evlərin arasında ayaqqablarını gizlədərək əvəzinə çəkmələri geyinib. Sonra evin aşağı hissəsində yerləşən ayaqyolunun üstünə çıxaraq həyətə düşüb.
Evin qapısınına vurduğu zərbədən artıq oyanan Qətibə onu görən kimi tanıyıb lakin yataqdan qalxmayıb. Onun adını çəkərək gəlişinin səbəbini soruşub.

Şahin Hüseynov cavab olaraq dərhal onun üstünə cumub. Qadının üzərinə diz üstə oturub qalxmağa imkan verməyən Hüseynov bıçaqla ona ilk zərbəni vurub. Sonrakı zərbələri özü ilə gətirdiyi həm xəncər həmdə "ştuknoj"la yetirib. 

Anası ilə çarpayıda yanaşı yatan Leyla yuxudan oyananda Qətibə qızına qaçmağı tapşırıb. Lakin Şahin ona qaçmağa imkan verməyərək bir dizini Leylanın üstünə qoyub əlində olan xəncərlə onun sol böyür nahiyyəsinə xəsarət yetirib. Qızı vuran zaman anası onun əlindən çıxaraq çarpayıdan üzü üstə döşəməyə yıxılıb. Bu zaman Hüseynov Qətibənin kürək nahiyəsinə bir neçə zərbə vurub. 

İmran Hüseynov bilirib ki, bibisi qızının bədəninin titrəməsindən və xırıldamasından onun öldüyünü anlayıb. Daha sonra qarnı üstə uzanmış Leylanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirən qatil "ştuknoj"u onun ürəyinə yeritməy istəyib. Lakin zərbəni dəqiq vura bilməyib. 

Bundan sonra evin açarlarını və kilidini götürən Hüseynov evdən çıxıb. Evdə heç kimin olmaması fikrini yaratmaq üçün həyət qapısını çöldən kilidlə bağlayıb və açarları qarajın üstünə tullayıb. 

Əynində olan gödəkçə qana batdığı üçün onu öz evlərinin həyətində yandırıb. 

Cinayətin izini itirmək üçün Şahin Hüseynov evi yandırıb partlatmaq qərarına gəlib. Bir litrlik plastik qabda benzin götürərək yenidən Qətibə gilə qayıdıb. 

Evə girərək meyitləri qoyub getdiyi vəziyyətdə aşkar edib və benzini otaqda olan yorğan döşəyin və paltarların üstünə töküb. Sonra isə qaz sobasının vintilini açaraq qapının ağzından benzini alışqanla yandırıb. 

Şahin Hüseynov qohumlarını öldürdükdən sonra evdən pul və qiymətli əşyalar götürmədiyini bildirib. Lakin aparılmış istintaqla müəyyən edilib ki, quldurlkuqla əlaqədar iki insanı xüsusi amansızlıqla öldürən Hüseynov evdən 2956 manat nəgd pul, 140 manat dəyərində qızıl boyunbağı, 210 və 1970 manat dəyərində qızıl sırğalar, 4500 manat dəyərində briliant qaşlı sırğa, 1100 manat dəyərində qızıl saat bilərziyi, 1450 manat dəyərində qızıl 5-lik, 930 manat dəyərində qızıl kloun, 4750 manat dəyərində almaz daşları olan qızıl üzük ümumilikdə 18min manat dəyərində əmlakı qarət edib. 

Məhkəmə prosesində ifadə verən Şahin Hüseynov bildirib ki, Leyla Əcəmova Bakı Kompyuter Kollacində 2-ci kursda oxuyub. Kollecə daxil olması mübasibəti ilə anası qızına mobil telefon alıb. Bir gün o çay içmək üçün onlara gələn zaman Leyla həyətyani sahədə işləyən vaxtı  onun telefonunda məlumatlar bölməsinə daxil olub və ona müxtəlif vaxtlarda eyni nömrədən məhəbbətə həsr olnumuş məlumatların gəldiyini görüb.  Bununla əlaqədar o, Leylaya irad tutub və bu barədə Qətibəyə deyib. Amma qadın öz qızını dəstəkləyib və Şahinə gedib öz işi ilə məşğul olmasını məsləhət görüb. 

Öz aləmində Leylaya gələn mejaların onun pozgun yola düşəməsi kimi qiymətləndirən Hüseynov nəslinin adına ləkə gətirdikləri üçün Qətibə və qızını öldürmək qərarına gəlib. 

Məhkəmə prosesində iş üzrə dindirilmiş bir sıra şahidlər tibb bacısı işləyən Qətibə Məmmədquliyevanın çox mehriban və əxlaqlı qadın, qızı Leylanın yalnız dərsə gedib gəldiyini küçədə heç kimlə danışmadığını qeyd ediblər. 

Sona məhkəmədə bütün sübutlar və şahidlər dindirildikdən sonra təqsirləndirilən Şahin Hüseynova hökm oxunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il azadlıqdan məhrum edilib.

Cəza müddətini yüngül hesab edən dövlət ittihamçısı protest, zərərçəkən tərəf isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. 

İşi araşdıran məhkəmə birinci instansiya məhkəməsinin hökmünü ləgv edərək Şahin Hüseynova ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edib.

Natiq.

 

ƏN ÇOX OXUNANLAR

0.11527109146118