• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Füzulidən Cəbrayıla gedən yolun minalardan təmizlənməsi hansı mərhələdədir? 



“Füzuli rayonunun Qarğabazarı kəndi ərazisindəyik. Bu layihə Füzuli rayonundan Cəbrayıl rayonuna gedən yolun təmizlənməsini həyata keçirir. Bu layihənin ilk mərhələsində 3 kilometr 400 metrlik hissəsi artıq təmizlənib və təhvil verilib. Layihənin ikinci hissəsi Qarğabazarı hissəsidir. Bu sahənin uzunluğu 4,5 kilometrdir. Ümumi layihənin uzunluğu isə 12,4 kilometrdir”.

Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Natiq Əsədov Türk Şurası media nümayəndələrinin Füzuli rayonuna səfəri zamanı məlumat verib.

O bildirib ki, burada təmizlənmə əməliyyatı iyulun 28-də başlayıb: “289 min kvadratmetr ərazi artıq minalardan təmizlənib. Ərazidən 174 ədəd müxtəlif çapda hərbi sursat aşkarlanıb. Cəmi ərazi 316 min kvadratmetrdir. Aşkar olunan sursatların əksəriyyəti yol kənarında tapılıb. Bu layihə bir həftə ərzində başa çatdırılacaq və ərazi təhvil veriləcək”, - deyə o qeyd edib.

 

ƏN ÇOX OXUNANLAR

0.10071611404419