• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Siyəzəndə “Jiquli” qəzaya uğrayıb, xəsarət alan var 



Siyəzəndə “Jiquli” markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alan var.

“Report” xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Zarat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 05-BD-607 dövlət nömrə nişanlı minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları və həkim briqadası gəlib.

Faktla bağlı araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

0.0835120677948