• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Polis COVID-19 pasportu olmayanları cərimələyəcək? - VİDEO



“Kütləvi şəkildə COVID-19 pasportlarının yoxlanılması anlayışı yoxdur. Çünki vaksinasiya könüllüdür və yalnız məhdudlaşdırılan sahələrdə - iri ticarət mərkəzlərində, mehmanxanalar və ictimai iaşə obyektlərində mütləq qaydada COVID-19 pasportları yoxlanacaq”.

Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.

O, əlavə olaraq qeyd edib ki, həmin ünvanlara COVID-19 pasportu olmadan daxil olanlar barədə ciddi tədbirlər görüləcək.

“Bu gündən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara yalnız COVID-19 pasportu olduğu halda buraxılacaq”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, ictimai iaşə müəssisələrinin, iri ticarət mərkəzlərinin və mehmanxanaların xidmətlərindən vaksinin hər iki dozasını vurduran və COVID-19 pasportu ilə təmin olunan şəxslər istifadə edəcəklər:

“Bu məsələ barədə ötən gün elektron hökumət portalının nümayəndələri də açıqlama verib. Həmin müəssisədə çalışan işçi heyətindən isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, oktyabr ayının 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir”.

E.Hacıyev qeyd edib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara şamil edilmir:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pasportu tələbi yalnız qapalı məkanlara aiddir”.

Qeyd edək ki, gözəllik salonlarında, ictimai nəqliyyatda, bərbərxanalarda və marketlərdə COVID-19 pasportu tələb olunmur.

Mənbə: İctimai TV

ƏN ÇOX OXUNANLAR

  • 28
Bu məhsullar bahalaşdı
0.10254883766174