• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qalmaqallı direktorla təhsil idarəsi arasında məhkəmə çəkişməsi



286 saylı orta məktəbin direktoru Samir Mehdi-zadə ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. 

Hit.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Şikayətçi Samir Mehdi-zadədir. 

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Elşən Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Məlumat üçün deyək ki. məhkəmə çəkişməsinin səbəbi əmək münasibətləri üzrə mübahisələrdir. 

286 saylı orta məktəb bir neçə dəfə gündəmə gəlib. 2016-cı ildə 286 saylı orta məktəbdə əcaib məxluqun peyda olduğu barədə məlumat yayılmışdı. 

2020-ci ildə isə sözügedən məktəbdə 27 il kitabxana müdiri işləyən Təranə Mahmudova Smir Mehdi-zadə tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını bildirmişdi.

“27 il ərzində müdriyyət tərəfindən mənə nə yazılı, nə də şifahi töhmət verilməyib, qanunsuzluğum olmayıb. Lakin məktəbimizə yeni direktor təyin edilmiş Samir Mehdizadə 2016-cı ildə dövlət tərəfindən verilən dərsliklərin büdcəsindən bir gecədə 807 dərslik mənimsəmişdi. Səhər mən işə gedəndə Samir Mehdizadə məndən məsul şəxs kimi qaimə-fakturaya imza çəkməyimi tələb etdi. Mən buna etiraz etdim, çünki 807 ədəd dərslik, 807 şagirdin kitabsız qalmağı demək idi. Bundan sonra bizim aramızda nifaq başladı. Samir müəllim hər dəqiqə, hər an məni təhqir edirdi, söz deyirdi, mən də yola verirdim”, - deyə o, vurğulamışdı.

ƏN ÇOX OXUNANLAR

0.11430501937866