• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Canına qəsd edən qazinin səs yazısı yayıldı: "Mənə işgəncə veriblər" - Audio



Vətən müharibəsi qazisi Nizaməddin İbadovun iyulun 22-də Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evin həyətində özünü yandıraraq intihar etdiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, jurnalist Nurlan Libre (Nurlan Qəhrəmanlı – red.) sosial şəbəkə hesabında videomüraciət yayaraq N. İbadovun iyulun 21-də onunla əlaqə saxladığını bildirib.

O deyib ki, N. İbadov psixoloji problemləri ilə bağlı müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında işgəncə görüb və bu barədə ona telefonda məlumat verib.

Jurnalistin yaydığı səs yazısında mərhum qazi sözügedən xəstəxanada işgəncə gördüyünü bildirir:

“Atam içərini görməyib, sənə necə oradan müsahibə versin. İşgəncəni mənə veriblər. Atama işgəncə verməyiblər, onu ümumiyyətlə içəriyə buraxmayıblar. Atamla görüşəndə əlimi açırdılar. Daha sonra isə əlimi, qolumu bağlayırdılar”.

Meydan TV yazır ki, Nizaməddin İbadovun atası Hidayət İbadov oğlunun sözlərini təkzib edib. Ata deyib ki, oğlu xəstə idi və 15 gün əvvəl 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi:

“Özüm apardım onu xəstəxanaya, vəziyyəti çox çətin idi. İki gün əvvəl isə məndən xahiş etdi ki, onu oradan çıxarım. Heç bir incitmə olmayıb. Oğlum müharibə vaxtı kəllə-beyin travmasını almışdı”.

Müharibə iştirakçısı İkinci Qarabağ müharibəsində könüllü iştirak edib. O, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə olub. Hücum zamanı yaxınlığında mərmi partlaması nəticəsində başından zədə alıb.

Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan Nizaməddin İbadov ailəli və 2 övlad atası idi.

ƏN ÇOX OXUNANLAR

0.087186098098755