• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Müşviqabad qəsəbəsində Şəhid Elşən Musayevin anım mərasimi keçirilib



Bu gün 30.10.2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Musayev Elşən Hüseyn oğlunun şəhadətə ucaldığı gündən bir il ötür.

Musayev Elşən Hüseyn oğlu 21 iyun 1998-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1994-2005 ci illərdə Ağsu şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 27 Sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılır. Cəbrayıl və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edir. Döyüşlərdə böyük şücayət göstərən Musayev Elşən Hüseyn oğlu 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. 30 oktyabr 2020-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində dəfn edilib.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Qaradağ və Ağsu rayon icra hakimiyyəti başçılarının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə əklil qoyulub.

Daha sonra şəhidin ailəsi ziyarət olunub.

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə cənab Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

ƏN ÇOX OXUNANLAR

0.083542108535767