• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"İstedadlı şəxsləri o vəziyyətə salmaq olmaz, adamın lap ürəyi ağrıyır" - Xalq artisti



Bu söz Xalq artistindən sadəcə qatı bir təşriifdir. Digər şəxslərin potensialını potensiala çevirə bilmək üçün onların çabasına müvafiq olmalıyıq. Adamları qorxu ve ağrı ilə qaçdırmaq olar ki, onların banisi və inkişafını məhdudlaya bilər. Eləcə də, insanlar üçün alış-veriş ortamını açmaq və fırsatları yaratmaq daha mənası qazanmış olacaq.

Bu gün Azərbaycan kinosunun yaranmasından 125 il ötür.

Ölkə.Az Azərbaycan Kinosu Günündə Xalq artisti, aktrisa Xalidə Quliyeva ilə söhbətləşib:

- Milli Kino Gününüz mübarək olsun, Xalidə xanım.  Azərbaycan kinosunun bugünkü vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bu yaxınlarda mədəniyyət nazirinin iştirakı ilə keçirilən tədbirdə  kino ittifaqları birləşdi. Fikrimcə, bu, çox gözəl və mənalı bir addım idi. Əlbəttə, Azərbaycan kinosunun inkişafı naminə ayrılmaq yox, birləşmək lazımdır. Bundan əlavə, bu yaxınlarda baş tutan Kino Forumu də ümidlərimizi artırdı. Forumda bütün problemlər nazir səviyyəsində danışıldı, hər şey qələmə alındı. Ümid edək ki, bundan sonra kinoya münasibətdə dəyişiklik olacaq. Bu peşəni özünə seçənlərin kino sənətinə olan münasibətindən çox şey asılıdır. Düşünürəm ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası əvvəlki fəaliyyətini birmənalı şəkildə bərpa etməlidir. Bunun nə qədər çətin və mürəkkəb bir proses olduğunu anlayıram. Sadəcə gözləntilərimi deyirəm. “Azərbaycanfilm”in maddi-texniki bazası yenilənməli, dəyişilməlidir. Bütün kinosevərlər, kino çəkənlər, kinoya sənət kimi baxanlar məhz bu studiyada birləşməidir. Ora kino fabrikinə çevrilməlidir. 

- Problem demişkən, bu sahədə başqa hansı problemlər var?

- Bizdə kino mərkəzi problemi var. Kino mərkəzimiz olmalıdır, orda kino muzeyi yaradılmalı, tədbirlər keçirilməlidir. Nizami adına kino mərkəzimiz olsa da, ora başqa cür fəaliyyət göstərir. Düşünürəm ki, kino mərkəzində ancaq öz filmlərimiz, dəyərli, “Kann” film festivalında iştirak edən, “Oskar”, “Qlobus” kimi festivallarında qalib gələn filmlər, yəni kino müzakirə olunmalıdır. Kino mərkəzinin maarifləndirici bir qolu da olmalıdır.

- Necə düşünürsünüz, milli kinomuzu beynəlxalq səhnələrə çıxarmaq üçün nə etməliyik?

- “Kinoprakat” deyilən bir anlayış var. Bu bərpa olunmasa, çox çətin olacaq. Buna da ümid də etmək olmur. “Kinoprakat” deyəndə onu nəzərdə tuturam ki, yerli filmlərimiz xarici kinoteatrlarda da nümayiş olunsun. Pis-yaxşı bizdə də filmlər çəkilir. Məsələn, Asif Rüstəmovun “Mərmər soyuğu”, Rüfət Həsənovun “Daxildəki ada” filmi dünyaya çıxarılacaq filmlərdir. 

Bunun üçün Amerikada, Fransada İtaliyadakı şirkətlərinə Azərbaycan adından üzv olmalıyıq. İl ərzində həmin şirkətlərə bəlli bir məbləğdə pul ödənilməlidir. Bundan sonra onlar bizdən filmləri tələb edəcək. Beləliklə, biz də filmlərimizi qoltuğumuza basıb gedib yalvarmayacağıq ki, “nə olar, bizim filmi də festivala filan salın”. Onlar özləri tələb edəcək. Yəni reklam lazımdır.

- Bunun reallaşması üçün böyük işlər görülməlidir...

- Ümumiyyətlə, Azərbaycan milli kinosunun dirçəlişi üçün konsepsiya, strategiya olmasa, mümkün deyil. Arzu-istəklər çoxdur.

- Kino mərkəzindən danışdınız. Bu gün regionlarda kinotetrlar işləmir. İlk olaraq buradan başlamaq lazım deyilmi?

- Bu məsələ də həllini tapmalıdır. Əlbəttə, kinoteatrlarda çayxana, restoran açmaq əvəzinə kinonu təbliğ etməliyik, kinonu sənətə çevirməliyik. İnternet çıxandan sonra heç kim geib kinoteatrda kinoya baxmır. O mədəniyyət artıq bizdə sıfıra dönüb, onu da dirçəltmək lazımdır. Hərçənd ki, bizdə çox vaxt kinoya oyuncaq kimi baxılır. Bu işlə məşğul olmaq kino peşəsini seçənlərin vəzifəsidir ki, kinonu sənətə çevirsinlər, əyləncəyə yox. Birmənalı olaraq kino əyləncə deyil, düşündürəndir. Kino ümumbəşəri mövzuların mesajı olmalıdır. Bir sözlə, kino sənətdir.

- Bu gün xarci ölkələrə baxanda görürük ki, bu sahə xeyli gəlir gətirir. Bizdə isə aktyorlar, rejissorlar və s. aşağı məbləğdə qonorar alırlar. Rejissorlar kino çəkilişi üçün ən böyük maneələrdən birinin maliyyə sıxıntısı olduğunu deyir. Siz bu mövzuda nə düşünürsünüz?

- Problem o qədər çoxdur ki, bu barədə roman yazmaq olar. Bayaq dediyim kimi, dövlətin kino haqqında konsepsiyası olsa, dəyərli kino yaratmaq həvəsi oyansa, onda çox şeylər düzələcək. Çünki tarixi film çəkmək üçün böyük məbləğdə pul lazımdır. Təkcə pul yox, həm də peşəkar kadrlar, rejissor lazımdır. Bunun üçün istedadları seçməlisən. İstedadlar isə həmişə kənarda qalır, istedadı olmayanlar özünü qabağa atır. Sovet dövründə istedadlı şəxsləri Moskvaya təhsil almağa göndərirdilər. İndi Çexiyada, Amerikada, Türkiyədə və s. bu qəbildən o qədər məktəblər var. Türkiyənin aktyorları özləri ildə 1-2 ay gedib ABŞ-da və s. təhsil alırlar. 

Bundan əlavə, bütün yaradıcı peşələr - rəssamlıq musiqi, aktyorluq  və s. təbliğ edilməlidir. Bunlara  dəstək laızmdır. Məsələn, yaxşı bir rəsm əsəri çəkirik, özümüz üçün muzeylərdə qalır. Yəni mütləq nəzarət olmalıdır. 

- Bəzən biz görürük ki, digər sənət sahələrində olduğu kimi kino adamları arasında da fəxri adla bağlı inciyənlər olur. Sənət sənət üçündürsə, fəxri ad gözləmək doğrudurmu?

- Bu, dövlətin qanunudur. Fəxri adlar verirlər. Əlbəttə, dövlət bunu ləğv eləsə, heç kim də istəməyəcək. Amma bu Azərbaycanda çoxdan var. Bizdə proqram şəklində qəbul olunub. Niyə də fəxri ad verilməsin?

Zəhmət çəkən, ortada olan, fədakarlıq göstərən hər bir sənətkara fəxri ad düşür. Son vaxtlar çoxlarına fəxri ad verilib. İndi hamıya da vermək olmur. Onun üçün çalışmaq lazım deyil.

Mənə elə gəlir ki, sənətə gələn adam məhz bunun üçün gəlməməlidir. Sənəti sevib gəlməlidir. Fədakarcasına, yəni təmənnasız. Məndə belə olub. Bu şəxsi fikrimdir, ola bilər ki, razılaşmasınlar. Düşünürəm ki, qayğı, diqqət də lazımdır. Belə olanda yaratmağa həvəs də artır.

- Əlavə etmək istədiyiniz nə isə varmı?

- Ümumiyyətlə, kino xalqımızın güzgüsüdür. Mənəviyyatımızın, dəyərlərimizin, Azərbaycan insanının simasıdır. Mütləq ciddi yanaşmaq lazımdır. Bunun üçün isə  kinoya həm həvəs, həm də sevgi sonra isə təbliğat lazımdır. 

Bundan əlavə, istedadlı uşaqlara dəstək olmaq lazımdır. Gedib 5-10 manat pul tapırlar, kino çəkirlər. Kino bitdikdən sonra o rejissora baxırsan ki, bir-iki il bundan qabaq necə idi, indi necədir. Elə bil ki, qocalıb. Adamın lap ürəyi ağrıyır. İstedadlı şəxsləri o vəziyyətə salmaq olmaz. Onlara maddi, mənəvi kömək lazımdır.

- Vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Siz sağ olun.

Qeyd edək ki, X.Quliyeva "Nəsimi", "Tütək səsi", "Çətirimiz buludlardır", "Asif, Vasif, Ağasif", və s. fim və seriallarda müxtəlif obrazları canlandırıb.

Söhbətləşdi: Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.089066982269287