• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elm və təhsil naziri Emin Əmrullayev: "Qanunsuz evlər tikəndə ətrafda məktəb olub-olmamasını fikirləşməyiblər"



Elm və təhsil naziri Emin Əmrullayev bəzi valideynlərin övladlarını yaxınlıqda yerləşən məktəblərə yazdıra bilməməsi ilə bağlı sualları cavablandırıb.

Nazir bu problemin əsasən Abşeron rayonu Xırdalan şəhərində və digər Bakıətrafı qəsəbələrdə müşahidə olunduğunu deyib:

"Bu, əhalinin sıxlığı ilə bağlı məsələdir. Bir çoxları qanunsuz evlər tikəndə ətrafda məktəb olub-olmaması məsələsini fikirləşməyiblər.

Bu yaxınlarda Xırdalanda 2000 nəfərlik məktəb açılacaq. Xırdalanda daha bir yerdə məktəb tikilir. Binə qəsəbəsində artıq vəziyyət xeyli yaxşılaşıb. Bakının mərkəzində demək olar ki, belə problemlər yoxdur".

E.Əmrullayev daha bir problemin rus bölməsi olan məktəblərdə yaşandığını söyləyib: "Obyektiv hallar var və bu, bizim təhsilimizin ən pis halda 1%-i deyil.  Bu problemin yolu məktəb tikməkdir. Dövlət sonsuz sayda məktəb tikə bilməz".

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

0.085575819015503