• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tanınmış aşıq dünyasını dəyişib



Şirvan Aşıq Məktəbinin tanınmış simalarından olan Aşıq Abbas Musaxanoğlu dünyasını dəyişib.

"Ölkə.az" xəbər  verir ki, bu barədə Kult.az-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, Aşıq Abbasın nəşi sabah doğma kəndində - Şıxzərli qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulub. Atası Musaxan dövrünün məşhur balaban ifaçılarından olub.

Aşıq Abbas Moskva, Sankt-Peterburq və Orta Asiyada keçirilən festivallarda iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüb. 1989-cu ildə Qazaxıstanda, eləcə də Dağıstan xalqlarının Gəncədə keçirilən gənc ozanlarının müsabiqəsinin qaliblərindən olub. Şeirləri qəzet, jurnal və toplularda işıq üzü görüb.

2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.

408786

ƏN ÇOX OXUNANLAR

0.094400882720947