• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zaqatala sakinləri kəndlərinə yalnız “Ural”la gedə bilirlər - VİDEO



Zaqatala sakinləri evlərinə çatmaq üçün 15 kilometrlik yolu çay yatağı ilə qət edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Zaqatalanın ən ucqar kəndlərinə getmək üçün yalnız dağ çaylarını keçmək lazımdır.

Qədim dağ kəndləri olan Sabunçu, Cimcimax və daha 6 kəndin sakinləri evlərinə getmək üçün nə az - nə çox düz 15 kilometr yolu çay yatağı ilə qət etməlidirlər. Kənd sakinləri bu kəndə ancaq “Ural” markalı yük maşınları ilə gedib gəldiklərini bildiriblər. Hər tərəfi dağ çayları ilə əhatəli olan Cimcimax və Sabunçu kəndinə bir neçə gün əvvəl güclü sel düşüdüyündən əhali çətin vəziyyətə düşüb.

Məsələ ilə əlaqədar Cimcimax Kənd icra nümayəndəsi Allahverdi İbrahimov bildirib ki, burdakı vəziyyət aidiyyatı üzrə rəhbərliyə məruzə edilib.

Ətraflı süjetdə:

ƏN ÇOX OXUNANLAR

0.092455148696899