• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Teatrın yeni binasını bu xalçalar bəzəyəcək - FOTO



Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimində  iştirak edən “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov  “Azərxalça” ASC- nin  teatrı bəzəyəcək nadir xalça nümunəsinin toxunması kimi rəmzi təkliflə çıxış edib.

Qurumdan “Ölkə.Az”a verilən məlumata görə, konsepsiyaya uyğun olaraq toxunacaq Azərbaycan-Gürcüstan “Dostluq” xalçası özündə ümummilli lider Heydər Əliyevin portreti, hər iki ölkənin çoxəsrlik tarixini əks etdirən rəmzlər, memarlıq abidələri, orijinal xalça nümunələri, həm Azərbaycanın, həm də dost Gürcüstanın mədəniyyət və adət-ənənələri nümayiş etdirəcək. Bu xalça hər iki xalqın tarix, məişət və mədəniyyətinin genetik yaddaşını özündə əks etdirəcək. 

Təməlqoyma mərasimində həmçinin İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin 2023-cü ildə birgə layihəsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömür ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyası da nümayiş olunub. Dövlətə, xalqa xidmətin ən yüksək meyarını yaradan tarixi şəxsiyyət,  ulu öndər Heydər Əliyevin irs və fəaliyyəti xalçadakı ilmələrdə əks olunur. 

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilib. Tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri qatılıblar.

 

ƏN ÇOX OXUNANLAR

0.10149502754211