• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elm və Təhsil Nazirliyinin 24 milyonluq tenderlərini bu qurumlar uddu



Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi 6 tender müsabiqəsinin qalibləri məlum olub.

Yeniavaz.com xəbər verir ki, İdarə ümumilikdə 23 milyon 972 min 601 manat 20 qəpik ödəyəcək.

  • 1. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu təhsil müəssisələrində sanitariya gigiyena və qida təhlükəsizliyinin təmin olunması xidmətlərinin satınalınmasına görə 1 milyon 18 min 104 manat alacaq.
  • 2. “Mədəd Azərbaycan” MMC Peşə təmayüllü siniflərdə tədrisin təşkili işlərinin satınalınmasına görə 1 milyon 607 min 868 manat alacaq.
  • 3. “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” STEAM əsaslı tədrisin təşkili işlərinin satınalınmasına görə 1 milyon 982 min 400 manat alacaq.
  • 4. “Mühəndislik Tikinti Təchizat” MMC Respublika üzrə bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınmasına görə 6 milyon 610 min 740 manat 29 qəpik alacaq.
  • 5. “Mühəndislik Tikinti Təchizat” MMC Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmir işlərinin satınalınmasına görə həmçinin 7 milyon 71 min 819 manat 91 qəpik alacaq.
  • 6. “S.H. İnşaat Xidməti” MMC Respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınmasına görə 5 milyon 681 min 669 manat alacaq.

ƏN ÇOX OXUNANLAR

0.10114598274231