• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nazir: “Bu il qeyri-neft ixracımızın dəyəri 2,4 milyard dollardan az olmamalıdır”



“Bu ilin əvvəlindən “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”ni çıxmaqla özəl sektorun investisiyalarında ötən ilin eyni dövrü ilə müqayisədə 11 %-ə qədər real artım müşahidə edilib”.

Baki.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

“Bu günə qədər ölkədə 510-dan çox invesitiya layihəsi üçün investisiya təşviqi sənədi verilib. Həmin layihələrin ümumi dəyəri 4,6 milyard manat olub. Bunlar əsasən ölkənin regionlarında həyata keçirilən layihələrdir”, - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, bu ilin doqquz ayında Azərbaycan qeyri-neft ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41 % artırıb, onun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisini 6 %-dən 7,7 %-ə çatdırıb, qeyri-neft sənayesi ixracında isə təxminən 60 % artıma nail olub.

“Bu ilin sonuna qədər qeyri-neft ixracımızın dəyəri 2,4 milyard ABŞ dollarından az olmamalıdır”, - deyə nazir qeyd edib.

ƏN ÇOX OXUNANLAR

0.075668811798096