• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Erol Yarar: “Azərbaycanda qeyri-neft sektoru üzrə çox böyük imkanlar var”



“Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumu (İBF) bizə yol göstərəcək, atacağımız hər bir addım Türkiyə və Azərbaycan üçün olacaq”.

Baki.Media-ın məlumatına görə, bunu İBF-in prezidenti Erol Yarar Forumda çıxışı zamanı deyib.

O bildirib ki, real birliyin bərqərar olunması üçün iqtisadi birlik, eyni zamanda dünyada ticarət, sərmayələrin ortaq olaraq inkişaf etdirilməsi əhəmiyyətlidir.

“Bu cəhətdən mövcud forumun təşkili çox önəmli xarakter daşıyır, VIII Türk Birliyi İclasından sonra həyata keçirilən önəmli tədbirlərdən biridir. Bu imkanı bizə yaratdıqları üçün iqtisadiyyat naziri Mikayıl Cabbarova xüsusi təşəkkürümü bildirirəm”.

O əlavə edib ki, forum 25 ildir dünyadakı böhranlara baxmayaraq, davamlı şəkildə keçirilir.

Forumun prezidenti “Azərbaycanda nə edə bilərik?” sualına çox dərin və gözəl cavabların olacağını, məlumatlarla dolu panel müzakirələrin həyata keçiriləcəyini qeyd edib:

“Az öncə nazir Mikayıl Cabbarov qeyri-neft ixracının artırılmasının əsas məqsəd olduğunu bildirdi və bu istiqamətdəki səylərdən danışdı. Bu, çox vacib bir məsələdir. Ölkədə müvafiq sahənin inkişafına investisiyaların yatırılması əhəmiyyətlidir.

Dünyada 50 il sonra əsas enerji mənbəyinin nə olacağı bəlli deyil. Biz burada qeyri-neft ixracı ilə bağlı rəqəmlərin nə yerdə olduğuna diqqət etməliyik. Azərbaycanda qeyri-neft sektoru üzrə çox böyük imkanlar var”.

O vurğulayıb ki, xüsusilə Qarabağ və digər ərazilərdə kənd təsərrüfatı məhsullarının əldə edilməsində yüksək göstəricilərlə bağlı gözləntilər mövcuddur:

“Eyni şeyi heyvandarlıq sektoru üçün də qeyd edə bilərik. Nəzərə almaq lazımdır ki, dünya əhalisinin sayı sürətlə artır. Dünyanın ən böyük investisiyaları kənd təsərrüfatına qoyulub və torpaq neftdən zəngindir”.

Erol Yarar Azərbaycanın turizm sektoruna da investisiyaların cəlb edilməsi üçün əhəmiyyətli olduğunu deyib. Eləcə də gələcəkdə hidrogenlə çalışan nəqliyyat vasitələrinin elektrikli nəqliyyat vasitələri ilə müqayisədə bazarda üstünlük qazanacağını əlavə edib:

“Hidrogen su və təbii qazdan əldə ediləcək. Hansı ki, Azərbaycan təbii qaz ehtiyatları ilə zəngindir. Gələcəkdə bu məsələnin diqqətdə saxlanılması üçün hidrogen araşdırması institutu qurulmalı və araşdırmalar gecikdirilmədən aparılmalıdır”.

Nigar Məmmədova

ƏN ÇOX OXUNANLAR

0.29548406600952