• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan vikimediaçıları təhdidlərə görə ABŞ-yə məlumat verəcəklər



 Azərbaycan vikimediaçıları Azərbaycandilli Vikipediya barədə son günlər yayılan iddialara münasibət bildirib. 

Vikimediaçıların sosial şəbəkə səhifəsində müvafiq iddialara cavab verilib.

Bildirilib ki, Vikipediya könüllü istifadəçilər tərəfindən yaradılan və iştirakçıların şəxsi təşəbbüsləri sayəsində bugünkü səviyyəyə gəlib çatan layihədir: "Məqalələrin yaradılması və redaktəsi könüllülük əsasında olduğu kimi, qaydalara uyğun olmayan məqalələrin dərhal və ya müzakirə əsasında silinməsi də istifadəçilər tərəfindən qəbul edilən qərarlardır və Vikipediya daxilindəki prosedurlara uyğun olaraq həyata keçirilir. 

Kimlərinsə öz şəxsi mənafeləri naminə vikipediyaçılar barədə həqiqətə uyğun olmayan və şəxsi mülahizələrə əsaslanan məlumatlar yaymasını və təhdidlər səsləndirməsini cəmiyyətdə özünə diqqət cəlb etmək cəhdi hesab etməklə bərabər, bu cür davranışların hüquqi məsuliyyət yaratdığını da xatırlatmaq istəyirik. 

Həmçinin, qeyd etmək istəyirik ki, təhdidləri səsləndirən şəxs və ya şəxslərin Vikipediyadakı fəaliyyətinin məhdudlaşdırılması məqsədilə bu hallar barədə Vikipediyanı və digər əlaqəli layihələri idarə edən, ABŞ-də fəaliyyət göstərən "Vikimedia Fondu" qeyri-kommersiya təşkilatının müvafiq altqurumları da tərəfimizdən məlumatlandırılacaqdır".

 

ƏN ÇOX OXUNANLAR

0.084771156311035