İrəvana payızadək Avropa İttifaqına üzvlüyə namizədliklə bağlı müraciət etməyi planlaşdırır.
Ölkə.Az xəbər verir ki, bunu hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Ovik Ağazaryan deyib.
Deputat Ağazaryan Ermənistanın Aİ-yə üzvlüyə namizədliklə bağlı müraciət etməsinin ölkə üçün ciddi problemlərə səbəb olacağını da istisna etməyib. Ağazaryan bu səbəbdən də komanda yoldaşlarına Ermənistanın Aİ-yə inteqrasiyasına tələsməməyi tövsiyə edib. “Mənim subyektiv fikrim budur ki, belə proseslərdə tələskənliyə yol verilməməlidir. Faydası olmaya bilər. Məsələ onda deyil ki, bunun nəticəsində Ermənistan Rusiyadan “şapalaq” ala bilər. Problem bu cür proseslərdə kəskin dəyişikliklərin dövlət üçün hətta iqtisadi sahədə “arzuolunmaz və gözlənilməz nəticələrə” səbəb ola bilər".
Ağazaryan eyni zamanda baş nazir Nikol Paşinyan qapalı görüş zamanı ərizənin ən geci payıza qədər vermək niyyətində olduğunu da təsdiqləyib.
“Bu, Baş nazirin mövqeyidir. Yəqin o daha ciddi informasiyaya malikdir", - o vurğulayıb.
"Ermənistan Aİ üzvlüyünə nə zaman namizəd olacaq" sualına gəldikdə deputat deyib ki, bu, verilən ən dəhşətli sualdır: "Ona cavabım yoxdur. Qarşıdakı müzakirələr zamanı buna cavab almalı olacağıq. Qərbin tələbidir deyirsən, mən özüm bir vətəndaş kimi kiminsə tələbinə boyun əyməyə hazır deyiləm”.
Mürtəza
Ölkə.Az